news-details
Xəbərlər

Millimizin oyununun yeni vaxtı açıqlandı

21 yaşadək fubolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsindən təxirə salınan İsveçrə – Azərbaycan oyununun yeni vaxtı müəyyənləşib.

AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında qarşılaşma bu il noyabrın 12-də keçiriləcək.

AFFA-nın saytının verdiyi xəbərə görə, oyunun stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, martın 26-ı keçirilməli olan görüş koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxta təxirə salınmışdı.

Digər xəbərlər