Cümə 29.03.2024

Qabriele Qravina: "Mövsümün erkən başa çatması İtaliya futbolunun ölümü deməkdir"

Qabriele Qravina: "Mövsümün erkən başa çatması İtaliya futbolunun ölümü deməkdir"

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina "Football Italia" nəşrinə açıqlamasında mövsümün vaxtından əvvəl başa çatmasına niyə qarşı çıxdığı haqqında fikirlərini bildirib.

"Mən bu vəzifədə olduğum müddətdə heç vaxt mövsümün erkən başa çatmasına razı olmayacağam. Mövsümün erkən başa çatması İtaliya futbolunun ölümü deməkdir.

Belə olan halda, 700-800 milyon avro itirəcəyik. Oyunlar azarkeşsiz keçirilsə, itkimiz 300 milyon avro olacaq. Azarkeşlərlə keçiriləcəyi təqdirdə isə 100-150 milyon avro itirəcəyik".

Mən ümumi maraqları müdafiə edirəm, buna görə təkrarlayıram: mövsümün dayandırılmasına qarşıyam. Futbolla əlaqəli şəxslərin sağlamlığı həqiqətən təhlükə altına düşəcəyi təqdirdə fərqli qərar qəbul edə bilərik".

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirus pandemiyasına görə dayandırılıb.