Cümə axşamı 28.03.2024

Millimizin futbolçusu koronavirus testindən keçdi

Millimizin futbolçusu koronavirus testindən keçdi

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsqebirqe" klubunun oyunçularından koronavirusla bağlı analiz götürülüb.

Bu barədə II Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, bütün futbolçuların testləri neqativ çıxıb. Onların heç birində virusun simptomlarına rast gəlinməyib.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən "Ertsqebirqe"də çıxış edir.