Cümə 19.04.2024

"Sumqayıt"ın futbolçusu: "Çempionatın bərpa olunacağına inanmıram"

"Sumqayıt"ın futbolçusu: "Çempionatın bərpa olunacağına inanmıram"

"Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev ölkəsinin mətbuatına Azərbaycanda karantin rejiminin uzadılması ilə bağlı danışıb. 28 yaşlı yarımmüdafiəçi mövsümün bərpa olunacağına inanmadığını bildirib.

O qeyd edib ki, komandasında özü ilə birgə 15 oyunçunun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacağından, müəyyən problemlər yaranacaq:

"İsrail hökuməti vətəndaşlarını ölkəyə aparmaq üçün xüsusi reyslər təşkil edir. Amma hazırda qeyri-müəyyənlikdir. Çünki qayıdıb-qayıtmayacağım sual altındadır. Mayın 31-də "Sumqayıt"la müqaviləm başa çatacaq və azad oyunçu olacağam. Belədə İsrailə qayıda bilərəm. Ancaq hələ də ödənilməyən maaşlarımız var. Bu qeyri-müəyyənlik əls kabusdur.

Növbəti mövsümdə də burada davam edib-etməyəcəyimdən asılı olmayaraq, mütləq ölkəmə yollanacağam. Çünki 1 ildir İsraildən kənardayam. Yoldaşım hamilə olduğu üçün qış fasiləsində gedə bilmədim. İndiki vəziyyətdə ölkəmə qayıdıb-qayıtmayacağım isə hələ məlum deyil".

Qeyd edək ki, Əmir Ağayev 2019-cu ilin qışında "Sumqayıt"la 1,5 illik müqavilə bağlayıb.