• Çərşənbə axşamı, 24 Noyabr 2020
news-details
Xəbərlər

Üzgüçülük üzrə dünya çempionatı təxirə salındı

2021-ci ildə Yaponiyanın Fukuoka şəhərində keçirilməsi planlaşdırılan su idmanı üzrə dünya çempionatı təxirə salınıb.

Beynəlxalq Üzgüçülük Federasiyasının saytının verdiyi xəbərə görə, dünya çempionatının 2022-ci il mayın 13-dən 29-dək keçirilməsi nəzərdə tutulur. Mundialın vaxtının dəyişdirilməsi Tokioda təşkil ediləcək Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması ilə bağlıdır.

Qeyd edək ki, bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio Olimpiadası koronavirus pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn il iyulun 23-də start götürəcək Olimpiada avqustun 8-dək davam edəcək.

Digər xəbərlər