Çərşənbə axşamı 23.04.2024

Teymur Rəcəbovun komandası Millətlər Kubokunda ilk qələbəsini qazandı

Teymur Rəcəbovun komandası Millətlər Kubokunda ilk qələbəsini qazandı

Şahmat üzrə Onlayn Millətlər Kubokuna start verilib. Teymur Rəcəbovun çıxış etdiyi dünya yığması ilk turda Çin komandası ilə qarşılaşıb. Görüş asiyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycanlı qrossmeyster ilk görüşünü Van Haoya qarşı keçirib. Qara fiqurlarla oynayan şahmatçımız rəqibi ilə sülh bağlayıb. İlk turun digər qarşılaşmalarında Avropa Rusiya ilə, Hindistan isə ABŞ-la heç-heçəyə razılaşıb.

Rəcəbovun komandası ikinci görüşünü Hindistan seçməsinə qarşı keçirib və qələbə qazanıb. Qrossmeysterimiz bu dəfə Vişvanatan Anandla qüvvəsini sınayıb. Ağ fiqurlarla oynayan zəka sahibi birinci dueldə olduğu kimi heç-heçəyə razılaşıb. İkinci raundun digər görüşlərində ABŞ Rusiya yığmasını, Çin Avropa komandasını 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ 5 - 9 mayda gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.

I tur

Çin - Dünya yığması - 3:1

Van Hao - Teymur Rəcəbov 0,5:0,5
Yi Vey - Alireza Firuzca 0,5:0,5
Yu Yanyi - Bassem Amin 1:0
Hou İfan - Mariya Muzıçuk 1:0

II tur

Dünya yığması - Hindistan - 2,5:1,5

Teymur Rəcəbov - Vişvanatan Anand 0,5:0,5
Alireza Firuzca - Pentala Harikrişna 0,5:0,5
Xorxe Kori - Başkaran Adhiban 1:0
Mariya Muzıçuk - Hampi Koneru 0,5:0,5