news-details
Xəbərlər

UEFA Azərbaycan klublarına pul ödədi

UEFA Millətlər Liqasının 2018/2019-cu il mövsümündə və AVRO-2020-nin seçmə mərhələsində futbolçuları əsas milli komandaların heyətinə cəlb olunmuş Azərbaycan klubları üçün 1 milyon 137 min 773,20 avro ayırıb.

Həmin pul vəsaiti AFFA-nın vasitəsilə Premyer Liqa klublarının hesabına köçürülüb:

“Qarabağ” – 436 min 696,69 avro

“Neftçi” – 210 min 117,58 avro

“Səbail” – 172 min 144,67 avro

“Sabah” – 88 min 895,90 avro

“Qəbələ” – 80 min 514,21 avro

“Sumqayıt” – 64 min 651,56 avro

"Zirə” – 47 min 870,83 avro

“Keşlə” – 36 min 881,76 avro

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Digər xəbərlər