"Leqanes"in baş məşqçisi Xavyer Aqirre İspaniya La Liqasının başlayacağı tarixlə bağlı açıqlama verib. "Marca"nın verdiyi xəbərə görə, futbol funksioneri ölkə çempionatının iyunun 20-də bərpa olunacağını söyləyib:
"Oyunlar şənbə və bazar günləri, həmçinin çərşənbə və cümə axşamı günləri təşkil ediləcək. Qalan 11 tur iyulun 26-na qədər bitəcək. La Liqa sadəcə mənə rəsmi məlumat verdi. Çox xoşbəxtəm, çünki artıq məşqləri planlaşdırdıq. Sabah toplanışa başlayacağıq".
Yarışın rəsmi nümayəndələrindən biri isə "Reuters"ə açıqlamasında Aqirrenin fikirlərinə belə münasibət bildirib: "La Liqanın bərpasının təsdiqlənmiş tarixi yoxdur. Əvvəlcə klublar məşqlərə qayıdacaq, daha sonra hökumətin qərarını gözləyəcəyik.Əgər razılıq verilsə, iyunda başlamağı planlaşdırırıq".
Qeyd edək ki, La Liqanın oyunları martın 12-də koronavirus pandemiyası üzündən dayandırılıb.