• Çərşənbə axşamı, 29 Sentyabr 2020
news-details
Xəbərlər

AFFA Ələkbər Məmmədovla bağlı canlı yayım təşkil edəcək

Azərbaycan futbolunun tanınmış simalarından sayılan Ələkbər Məmmədovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar mayın 9-da AFFA-nın rəsmi "Facebook" səhifəsində canlı yayım təşkil olunacaq.

Canlı yayımda ümumittifaq dərəcəli hakim, hazırda Futbol Veteranları İttifaqının sədr müavini vəzifəsində çalışan Rüstəm Rəhimov Ə.Məmmədovla bağlı xatirələrini bölüşəcək, gənc nəsil futbolçular üçün mərhum futbol ulduzunun həyat yolu və karyerası barədə söhbət açacaq.

Yayımı saat 15:00-dan etibarən izləyə bilərsiniz.

Qeyd edək ki, Ələkbər Məmmədov SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının ilk baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü olub.

Digər xəbərlər