Cümə 29.03.2024

U-21 millimiz seçmə mərhələdə ilk qələbəsini qazandı

U-21 millimiz seçmə mərhələdə ilk qələbəsini qazandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Yığmamız AVRO-2021-in seçmə mərhələsində ikinci görüşünə çıxıb.

Tsiklə Lixtenşteynə səfər məğlubiyyəti ilə başlayan komandamız doğma meydanda Slovakiya ilə üz-üzə gəlib.

Qarşılaşmada hesabı millimiz açıb. Amma matçın sonlarında qonaqlar bərabərlik qolunu vurublar. Buna baxmayaraq, əlavə vaxtda Barış Ekincier dublunu rəsmiləşdirməklə yığmamıza seçmə mərhələdə ilk qələbəni qazandırıb.

AVRO-2021-in seçmə mərhələsi

2-ci qrup

6 sentyabr

Azərbaycan - Slovakiya 2:1
Qol: B.Ekincier, 7; 90+3 - L.Tupta, 82.
Hakimlər: Deyan Yakimovski, Nikola Karakolev, Kuştrim Lika, İqor Stoyçevski (hamısı Şimali Makedoniya).
Bakı. “Dalğa Arena” stadionu.