Cümə 29.03.2024

AFFA əvəzetmə sayının 5-ə yüksəldilməsi ilə bağlı açıqlama yayıb

AFFA əvəzetmə sayının 5-ə yüksəldilməsi ilə bağlı açıqlama yayıb

AFFA çempionat oyunlarında əvəzetmə sayının 5-ə yüksəldilməsi ilə bağlı açıqlama yayıb.

Assosiasiyanın rəsmi saytının verdiyi xəbərə görə, qurum daha öncədən əvəzetmə sayının artırılmasına icazə verilməsi barədə FIFA-ya müraciət etdiyini xatırladıb.

"Məlumata görə, AFFA ilə yanaşı, bir neçə digər milli assosiasiya da FIFA-ya eyni məzmunlu müraciət edib. AFFA-ya daxil olan məlumatda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən daxili çempionatlarda əvəzetmə sayının 5-ə qədər yüksəldilməsinə icazə verildiyi və bununla bağlı yekun qərarın qəbul olunmasının milli assosiasiyaların səlahiyyətində olması bildirilir. Premyer Liqada oyunların bərpa olunacağı halda bu məsələ AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilməsi ehtimal olunan növbəti iclasında müzakirəyə çıxarılacaq" - deyə açıqlamada vurğulanıb.