Cümə 19.04.2024

UFC 249: Castin Qetji Toni Ferqyusonu məğlub etdi

UFC 249: Castin Qetji Toni Ferqyusonu məğlub etdi

ABŞ-ın Florida ştatında UFC 249 turniri keçirilib. Gecənin əsas döyüşündə Toni Ferqyuson və Castin Qetji üz-üzə gəlib.

Yüngül çəkidə müvəqqəti çempionluq titulu uğrunda təşkil edilən görüşə Ferqyuson daha fəal başlayıb. Ancaq Qetjinin ağır zərbələri bu dueldə həlledici olub.

Döyüşün 5-ci raundunda Castin Qetji texniki nokautla Ferqyusona qalib gələrək müvəqqəti kəmərə sahib çıxıb.

Castin Qetji yüngül çəkidə kəmər uğrunda Həbib Nurməhəmmədovla üz-üzə gələcək.