Cümə axşamı 28.03.2024

Millimizin üzvü "Azerreyl"lə müqavilə imzaladı

Millimizin üzvü "Azerreyl"lə müqavilə imzaladı

"Azerreyl" klubu heyətini yeni voleybolçu ilə gücləndirib. Bakı təmsilçisinin rəsmi "Facebook" səhifəsinin verdiyi xəbərə görə, komanda Azərbaycan millisinin üzvü Yuliya Kərimovanı heyətinə qatıb.

Qeyd edək ki, Yuliya Kərimova son olaraq İsrailin “Makkabi” (Hayfa) klubunda çıxış edib. Ölkəyə qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunan 35 yaşlı liberonun analizində yoluxma faktı qeydə alınmayıb.

"Azerreyl" daha öncə 2020-2021 mövsümü üçün slovakiyalı hücumçu Romana Hudekova ilə müqavilə imzalamışdı.