• Çərşənbə axşamı, 24 Noyabr 2020
news-details
Xəbərlər

Portuqaliya və Çexiyada çempionatların bərpa tarixi açıqlandı

Portuqaliya Peşəkar Futbol Liqası rəsmi saytında koronavirus pandemiyasına görə daha əvvəl dayandırılmış 2019/2020 mövsümünün davam etdirilməsi tarixini elan edib.

Portuqaliya Premyer Liqasının matçları 4 iyunda başlayacaq. Mətbuat xidmətinin bəyanatında deyilir.

"Son bir neçə gün ərzində müxtəlif təşkilatlar razılaşmaya əsasən ardıcıl müşavirələr keçirirdi ki, koronavirusa yoluxma riskini aşağı salan təhlükəsiz və müdafiə üzrə bütün tədbirlərə müvafiq olaraq mövsümün yenilənməsi davam etdirilsin. 4 iyun 2020-ci il Portuqaliya çempionatının 25-ci turunun birinci oyunu keçiriləcək".

Koronavirus pandemiyasına görə dayandırılan Çexiya çempionatının da davam etidirlməsinə qərar verilib. Bu barədə elita təmsilçiləri arasında səsvermə keçirilib. Klubların 13-ü mövsümün davam etdirilməsini istəyib. Yalnız 3 klub buna qarşı çıxıb - "Karvina", "Opava" və "Zlin".

Beləliklə, qarşılıqlı razılığa əsasən, Çexiya yüksək liqası mayın 23-dən etibarən davam etdiriləcək. Bütün oyunlar azarkeşsiz keçiriləcək. Hər şey plan üzrə getsə, mövsümə iyulun 15-də yekun vurulacaq.

Digər xəbərlər