Türkiyənin "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebi koronavirusa yoluxub. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 61 yaşlı funksionerin müalicəsinə başlanılıb.
Daha öncə "Beşiktaş" klubunda 8 nəfərin koronavirus testi müsbət nəticə verib.
Bildirilib ki, mayın 13-də futbolçular, məşqçilər heyəti və texniki işçilərdən koronavirus infeksiyaya üçün analiz götürülüb. Testin nəticəsinə görə, 8 nəfərin xəstəliyə yoluxduğu bəlli olub. Onların adları açıqlanmayıb.
Açıqlamada həmin şəxslərin müalicəsinə başlanıldığı qeyd edilib.