Cümə 19.04.2024

Dmitri Nazarov Almaniyada növbəti qolunu vurdu

Dmitri Nazarov Almaniyada növbəti qolunu vurdu

Koronavirus səbəbindən yarımçıq dayandırılan Almaniyanın II Bundesliqasında mövsüm bərpa olunub.

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" klubu XXVI turda "Zandhauzen"i qəbul edib.

Qarşılaşma Aue təmsilçisinin 3:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Nazarov komandasının qələbəsində pay sahibi olub. O, matçın 5-ci dəqiqəsində penaltidən vurduğu qolla komandasını önə keçirib.

Qeyd edək ki, "Ertsgebirge" hazırda 37 xalla 5-ci pillədədir.