Cümə axşamı 25.04.2024

İtaliya A Seriyası ilə bağlı gözlənilməz qərar

İtaliya A Seriyası ilə bağlı gözlənilməz qərar

İtaliyada idman yarışlarının keçirilməsinə qoyulan qadağanın müddəti iyunun 14-dək uzadılıb. Bu barədə İtaliyanın baş naziri Cüzeppe Konte yeni qərar imzalayıb.

Daha öncə Seriya A-nın iyunun 13-də bərpa olunacağı açıqlanmışdı. Yerli mətbuatın verdiyi xəbərə görə, belə olan halda çempionat növbəti həftə - iyunun 20-də qaldığı yerdən davam etdiriləcək.

İtaliyada yerli liqalar martın 9-da keçirilən 26-cı turun son oyunlarının ardından koronavirusa görə dayandırılıb.

Komandalara mayın 4-dən etibarən fərdi qaydada, ayın 18-dən isə kollektiv məşq etməyə icazə verilib.