Çərşənbə 24.04.2024

Millimiz səfərdə Uelsə uduzdu

Millimiz səfərdə Uelsə uduzdu

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində dördüncü görüşünü keçirib. Qrupdakı ilk üç matçında rəqiblərinə məğlub olan Nikola Yurçeviçin yetirmələri bu dəfə Uelsin qonağı olub.

Matçda hesabı britaniyalılar açıb. Yığmamızın üzvü Pavel Paşayev avtoqol müəllifi olub. İkinci hissədə Mahir Emreli hesaba tarazlıq gətirib. Ancaq görüşün sonlarına yaxın Qaret Beyl Uels millisinin qələbə qolunu vurub - 2:1.

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu, V tur

6 sentyabr

Uels – Azərbaycan 2:1
Qollar: P.Paşayev, 26 (avtoqol), Q.Beyl, 84 - M.Emreli, 59.
Hakimlər: Farrucia Kann Trustin, Alan Kamilyeri, Luk Portelyi, Alan Mario Sant (hamısı Malta).
Kardiff şəhər stadionu.