Cümə axşamı 18.04.2024

UEFA "Qarabağ"dan başqa bütün Premyer Liqa klublarına pul ödədi

UEFA "Qarabağ"dan başqa bütün Premyer Liqa klublarına pul ödədi

2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA-nın Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA-dan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

Ödəniş yalnız qrup mərhələsində çıxış etmiş "Qarabağ"a olunmayıb. Digər klubların hər birinə isə UEFA 15 min 446.42 avronu AFFA-nın vasitəçiliyi ilə köçürüb.

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Məlumatı AFFA-nın rəsmi yayıb.