news-details
Xəbərlər

Millimizin üzvü ilə müqavilənin müddəti uzadıldı

"Azerreyl" klubu voleybolçusu Kseniya Pavlenko ilə müqavilənin müddətini uzadıb.

Bakı təmsilçisinin rəsmi "Facebook" səhifəsinin verdiyi xəbərə görə, onunla daha bir illik sözləşmə imzalanıb. Pavlenko Azərbaycan millisinin də üzvüdür.

Komanda daha öncə sloveniyalı Moytsa Pene, slovakiyalı Romana Hudeçova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə 1 illik anlaşma əldə edib.

Digər xəbərlər