Şənbə 20.04.2024

"Sabah" "Qəbələ"nin futbolçusunu transfer etdi

"Sabah" "Qəbələ"nin futbolçusunu transfer etdi

“Qəbələ”nin futbolçusu Amin Seydiyev “Sabah” klubuna transfer olunub. 22 yaşlı müdafiəçinin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub. Paytaxt təmsilçisinin verdiyi xəbərə görə, ounla 3 illik müqavilə bağlanılıb.

“Qəbələ” və “Sabah” arasında razılaşma 2019/2020 mövsümünün ardından qüvvəyə minəcək. Həmin vaxtdan futbolçu karyerasını Bakı təmsilçisində davam etdirəcək.

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Amin Seydiyev əsas komandada 2017/2018 mövsümündə debüt edib. O, 39 oyunda 1 qol vurub. Seydiyev "Sabah"ın ilk yay transferidir.