Cümə 26.04.2024

Millimizin futbolçusu Almaniyada növbəti qolunu vurdu

Millimizin futbolçusu Almaniyada növbəti qolunu vurdu

Futbol üzrə Almaniya II Bundesliqasında XXVII tura start verilib.

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Ertsgebirge" komandası "Nürnberq"in qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Start heyətində yer alan 30 yaşlı oyunçu 51-ci dəqiqədə komandasını hesabda önə çıxarıb. O, bu mövsüm vurduğu qolların sayını 10-a çatdırıb. Nazarov 66-cı dəqiqədə yerini Filipp Tsulexnerə verib.

Bu nəticədən sonra xalını 38-ə çatdıran "Ertsgebirge" 5-ci, 30 xala malik "Nürnberq" isə 14-cü pillədə qərarlaşıb.

Dmitri Nazarov ötən tur "Zandhauzen"i 3:1 hesabı ilə yendikləri qarşılaşmada penaltidən fərqlənmişdi.