Cümə 29.03.2024

Şərikli rekord

Şərikli rekord

Azərbaycan çempionatları tarixində bir futbolçunun eyni oyunda vurduğu qol sayında rekord 7-yə bərabərdir. Bu göstəriciyə ilk dəfə Fazil Pərvərov imza atıb. “Kəpəz”in futbolçusu 27 il əvvəl bir matçda 7 dəfə fərqlənib.

Peşəkar Futbol Liqasının rəsmi saytının verdiyi xəbərə görə, onun rekordu təxminən 3 il sonra təkrarlanıb. Gəncə klubunun daha bir üzvü Rövşən Əhmədov eyni uğuru gerçəkləşdirib. Ölkə çempionatlarının 28 illik tarixində 5-dən çox qol vuran 3-cü və hələlik sonuncu futbolçu Alay Bəhramovdur. “Viləş”in bombardiri 21 il əvvəlki uğuru zamanı “Kəpəz”in futbolçuları qədər – 7 qol vura bilməsə də, 6 topla çempionatın ən məhsuldar heç-heçəsində pay sahibi olub.

Bir oyunda 5-dən artıq qol vuran futbolçular

7 qol – Fazil Pərvərov (1993/94 mövsümü)

24.10.1993. “Kəpəz” – “Avtomobilçi” (Yevlax) – 8:0

7 qol - Rövşən Əhmədov (1996/97 mövsümü)

23.11.1996. “Kəpəz” – “Şəmkir” – 14:2

6 qol – Alay Bəhramov (1998/99 mövsümü)

25.04.1999. “Viləş” – “Turan” – 6:6