news-details
Xəbərlər

Millimiz Xorvatiya ilə heç-heçə etdi

Avropa çempionatının seçmə mərhələsi davam edir. E qrupunda qərarlaşan Azərbaycan millisi VI turda Xorvatiya ilə qarşılaşıb.

Matçda hesabı xorvatlar açıblar. Qonaqların kapitanı Luka Modriç penaltini dəqiq yerinə yetirib. Amma ikinci hissədə meydana sonradan çıxan Təmkin Xəlilzadə hesaba tarazlıq gətirən qola imza atıb. Bu, oyunda vurulan son qol olub.

Beləliklə, millimiz seçmə mərhələdə ilk xalını qazanıb.

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu, VI tur

9 sentyabr

Azərbaycan - Xorvatiya 1:1
Qollar: T.Xəlilzadə, 72 - L.Modriç, 11 (pen)
Hakimlər: Sandro Şörer, Stefan De Almeyda, Alain Heiniqer, Fedayi San (hamısı İsveçrə)
Hakim-inspektor: Aleksandru Dyakonu (Moldova)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Bakı. “Bakcell Arena” stadionu.

Digər xəbərlər