İspaniya La Liqasının prezidenti Xavyer Tebas ölkə çempionatının bərpa tarixi ilə bağlı açıqlama verib.
Qurum rəhbəri "Movistar" kanalında yayımlanan verilişə qoşularaq koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış La Liqa iyunun 11-də qaldığı yerdən davam edə biləcəyini bildirib. İlk görüş isə "Betis" - "Sevilya" derbisi olacaq:
"Böyük ehtimalla, 11 iyunda unikal bir matç olacaq. İstəyərdik ki, bu tarix təsdiqini tapsın. Həmin gün virus səbəbindən dünyasını dəyişmiş bütün insanların xatirəsi yad ediləcək.
İndi əsas qayğımız - komanda məşqləridir. Əgər biz buna nail olsaq, mövcud vəziyyətlə bağlı irəliləyiş əldə edəcəyik. Planlaşdırırıq ki, bu həftə ən yaxın 4 turun oyun təqvimini elan edək".