news-details
Xəbərlər

Premyer Liqa klublarının kollektiv məşq keçməsinə icazə verildi

İngiltərə Premyer Liqasının rəhbərliyi futbol klublarına təmaslı məşqləri bərpa etməyə icazə verib. Bununla bağlı elita təmsilçiləri arasında səsvermə keçirilib və bütün tərəflər razılaşıb.

Liqanın mətbuat xidmətinin verdiyi xəbərə görə, komandalar artıq kollektiv şəkildə məşq edə və heç bir ara məsafəsini qorumadan top uğrunda mübarizə apara bilərlər.

Futbolçuların və məşqçilər heyətinin həftədə 2 dəfə koronavirus testindən keçəcəkləri bildirilir. Qərar həmçinin səhiyyə təşkilatları və yerli hökumətlə məsləhətləşmədən sonra qəbul edilib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martda dayandırılan İngiltərə Premyer Liqasının gələn ay bərpa olunması gözlənilir.

Böyük Britaniyada indiyə kimi 265 786 yoluxma faktı aşkar edilib, 37 093 nəfər dünyasını dəyişib.

Digər xəbərlər