Cümə 29.03.2024

Millimizin oyunlarının vaxtı açıqlandı

Millimizin oyunlarının vaxtı açıqlandı

Qadınlardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa – Azərbaycan oyunu koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.

UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, həmin qarşılaşmanın oktyabrın 23-də, həmçinin iyunun 5-də keçirilməli olan Çexiya – Azərbaycan görüşünün oktyabrın 27-də keçirilməsinə qərar verilib.

AFFA-nın saytının verdiyi xəbərə görə, oyunların stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.