Cümə axşamı 28.03.2024

Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı

Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı

Avstriyanın "Austriya" (Klaqenfurt) klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Barış Ekincierlə yollarını ayırıb.

Klubun rəsmi saytının verdiyi xəbərə görə, icarə əsasında II liqa təmsilçisində çıxış edən 21 yaşlı yarımmüdafiəçi iyunun 1-də müqavilə ilə məxsus olduğu Almaniyanın "Bohum" klubuna qoşulacaq.

"Austriya" bütün futbolçuların imzaladığı formanı Barış Ekincierə təqdim edib.

Qeyd edək ki, Barış Ekincierin "Bohum"la müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.