• Çərşənbə axşamı, 07 İyul 2020
news-details
Xəbərlər

İngiltərə Premyer Liqası təxirə salınmış 2 oyunla bərpa olunacaq

Koronavirus pandemiyasına görə martdan bəri dayandırılan İngiltərə Premyer Liqasının bərpa tarixi rəsmən müəyyənləşib. Çempionat iyunun 17-də bərpa olunacaq. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Premyer Liqa 28-ci turdan təxirə salınmış iki oyunla bərpa olunacaq. Söhbət “Aston Villa” - “Şeffild Yunayted” və “Mançester Siti” - “Arsenal” matçlarından gedir. İyunun 19-da isə 30-cu tura start veriləcək. Əksər oyunlar istirahət günləri keçiriləcək. Stadionlara azarkeşlər buraxılmayacaq.

Ən yaxın izləyicisi “Mançester Siti”ni 25 xal qabaqlayan “Liverpul” zirvədə qərarlaşıb.

Digər xəbərlər