Cümə 29.03.2024

Gerye “Neftçi” ilə vidalaşdı

Gerye “Neftçi” ilə vidalaşdı

“Neftçi”nin futbolçusu Donald Gerye paytaxt klubundan ayrılıb. Bu barədə 31 yaşlı yarımmüdafiəçi özünün “İnstagram" hesabında yazıb: “Yeni bir başlanğıc vaxtıdır. Təşəkkürlər "Neftçi", hər şey gözəl idi".

Donald Gerye "ağ-qaralar"la ötən mövsümün əvvəlində azad agent qismində 1+1 illik müqavilə bağlamışdı. O, daha öncə Azərbaycanda “Qarabağ”ın da (2017 - 2019) uğurları üçün çalışıb.