• Çərşənbə axşamı, 07 İyul 2020
news-details
Xəbərlər

Elxan Məmmədov: "Müəyyən risklərin olduğunu başa düşməliyik"

Rusiyanın məşhur idman telekanalı "Matç TV" Bakı barədə reportaj hazırlayıb. Təxirə salınmış AVRO-2020-yə hazırlıq haqda danışan qonşu ölkə həmkarlarımızın reportajında həmçinin karantin rejimi haqda məlumatlar yer alır.

Süjetdə Bakının ötən il Avropa Liqasının final mərhələsinə uğurla ev sahibliyini qeyd edən həmkarlarımız hazırda paytaxtda olan vəziyyət barədə danışıblar. Reportajda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov təxirə salınmış Avropa Çempionatı barədə məlumat verib.

“Martda demək olar ki, Avropa çempionatının təxirə salınacağı gözlənilirdi, amma hazırlıqlar davam edirdi. Ümumiyyətlə hazırlıq 3 hissədən ibarət idi. İlk mərhələ martın əvvəlində nəzərdə tutulan planlama mərhələsi idi. İkinci mərhələdə biz həmin planların həyata keçirməsini düşünürdük. Sonuncu - 3-cü mərhələdə isə Avropa çempionatının əvvəli olacaqdı. Bu planları həyata keçirmək qərarına gəldikdə artıq məlum oldu ki, həyat koronavirus səbəbindən dayandı. Daha sonra isə UEFA-dan xəbər gəldi ki, Avropa çempionatı 2021-ci ildə təşkil olunacaq".

Süjetdə həmçinin Bakı Olimpiya stadionunun hazırlığından söz açılıb: "Bizim stadion artıq hazırdır, heç bir investisiya etməyə ehtiyac yoxdur. Ona görə də hər şey plana uyğun gedirdi. 2021- ci ildə heç bir böyük tədbir nəzərdə tutulmurdu. Biz digər kiçik tədbirləri stadionun içində təşkil edirik ki, bu möhtəşəm ot örtüyünü korlamayaq".

Baş katib həmçinin Azərbaycan Premyer Liqa təmsilçilərinin koronavirus testindən keçməyindən danışıb. O bildirib ki, plana əsasən əvvəlcə məşqlər, daha sonra oyunlar bərpa olunacaq: "Bütün klublar razılaşdı. Bu, hazırlıq mərhələsidir. Çempionatın bərpa olunmasına gəlincə, başlanğıc üçün klubların məşqə başlamaları lazımdır. Ancaq müəyyən risklərin olduğunu başa düşməliyik. Biz Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini yerinə yetiririk".

Digər xəbərlər