Cümə axşamı 18.04.2024

"Sevilya"nın prezidenti: "Qarabağ"dan başqa heç nəyi düşünmürük"

"Sevilya"nın prezidenti: "Qarabağ"dan başqa heç nəyi düşünmürük"

"Sevilya" klubunun prezidenti Xose Kastro Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyun üçün komanda ilə birlikdə Bakıya gəlib. AS nəşrinə danışan La Liqa təmsilçisinin rəhbəri mövsümə uğurlu start götürdüklərini və bunun davamını gətirmək niyyətində olduqlarını bildirib:

"Avropa Liqasında yeni mövsümə start veririk. Bu turnirin "pentakampeon"u olaraq mümkün qədər çox irəliləmək istəyirik. Avropa Liqasını vacib turnir sayıram. Çünki burda "Mançester Yunayted", "Portu", "Arsenal", "Roma" var. "Real"la həftəsonu keçirəcəyimiz çempionat oyunu fikrimizdə yoxdu.

"Qarabağ", "Qarabağ" və "Qarabağ"dan başqa heç nəyi düşünmürük. "Real"la görüş bir neçə gün sonra olsa da, bu hələ uzaqdı. Nəzərə alaq ki, "Qarabağ" ölkə çempionatının lideridi və iki il əvvəl "Atletiko"nu Çempionlar Liqasından kənarlaşdıran komandadı.

Buna görə də rəqibə dəyər verməliyik. Amma digər tərəfdən uzun marafonlar və üç gündən bir oyunlar bizi gözləyir. Yəqin ki, baş məşqçimiz də bunu nəzərə alaraq, tez-tez heyətdə rotasiyalar edəcək".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçı saat 20:55-də başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.