Cümə 29.03.2024

"Sabah" futbolçusu ilə müqaviləni yenilədi

"Sabah" futbolçusu ilə müqaviləni yenilədi

“Sabah” klubu futbolçusu Xulio Rodriqeslə müqavilənin müddətini uzadıb.

Paytaxt təmsilçisinin rəsmi saytının verdiyi xəbərə görə, sözləşməyə əsasən, 29 yaşlı paraqvaylı hücumçu daha bir il komandanın uğurları üçün çalışacaq.

O, “Sabah”a bu ilin yanvarında transfer olunub.