news-details
Xəbərlər

UEFA "Trabzonspor"u avrokuboklardan kənarlaşdırdı

UEFA Türkiyənin "Trabzonspor" klubunu cəzalandırıb. Bu barədə qitə futbol qurumunun rəsmi saytı xəbər yayıb.

Qara dəniz təmsilçisi maliyyə feyr-pley qaydalarını pozduğu üçün 1 il müddətinə avrokuboklardan kənarlaşdırılıb.

Komanda 2020/2021 və ya 2021/2022 mövsümlərindən birində UEFA-nın bayrağı altında keçirilən turnirlərə qatıla bilməyəcək.

Digər xəbərlər