news-details
Xəbərlər

"Qəbələ"nin daha iki futbolçusu "Sabah"da

“Sabah” iki yeni transfer həyata keçirib. “Qəbələ”nin gənc futbolçuları İdris İnqilablı və Samir Məhərrəmli ilə müqavilə bağlanıb.

Klubun saytının verdiyi xəbərə görə, 2001-ci il təvəllüdlü İdrislə 4, 2002-ci il təvəllüdlü Samirlə isə 3 illik müqavilə imzalanıb. Hər iki futbolçu Azərbaycan U-21 millisinin üzvüdür.

Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçular “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Müqavilələr 2019/20-ci il mövsümünün ardından qüvvəyə minəcək.

Bir müddət öncə Amin Seydiyevin də 2019/20 mövsümü başa çatdıqdan sonra “Sabah”a transferi ilə bağlı razılıq əldə olunub.

Digər xəbərlər