news-details
Xəbərlər

UEFA son 50 ilin reytinqini açıqladı

Avropa Liqası (keçmiş UEFA Kuboku) tarixinin reytinq cədvəli açıqlanıb. Son 50 illiyin siyahısına Azərbaycanın 16 klubu düşüb.

Yerli komandalardan ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. 69 xalı olan Ağdam təmsilçisi 983 klub arasında 118-ci pillədə qərarlaşıb.

Azərbaycanın bütün komandalarının reytinq sıralaması:

1) 118. "Qarabağ" - 69 xal

2) 216. "Neftçi" - 34 xal

3) 248. "Qəbələ" - 27 xal

4) 471. "Xəzər Lənkəran" - 10 xal

5) 601. "Zirə" - 5 xal

6) 606. "Karvan" - 5 xal

7) 631. "Bakı" - 5 xal

8) 715. "Kəpəz" - 3 xal

9) 758. "Olimpik-Şüvəlan" (AZAL) - 2 xal

10) 819. "MKT Araz" - 1 xal

11) 861. "Xəzri Buzovna" - 1 xal

12) 876. "Səbail" - xalı yoxdur

13) 902. "Simurq" - xalı yoxdur

14) 939. "Turan" - xalı yoxdur

15) 940. "Şəfa" - xalı yoxdur

16) 950 "Şəmkir" - xalı yoxdur

Qeyd edək ki, UEFA Kuboku 1971-ci ildən keçirilməyə başlasa da, 2009-cu ildən Avropa Liqası adlanır. Azərbaycan təmsilçiləri bu yarışda 1994/1995 mövsümündən mübarizə aparır.

Digər xəbərlər