Cümə 29.03.2024

İtaliya A Seriyasında 5 əvəzetməyə icazə verildi

İtaliya A Seriyasında 5 əvəzetməyə icazə verildi

İtaliya Futbol Federasiyası (FIGC) yerli liqalarda əvəzetmə sayının artırılması ilə bağlı yeni qaydanı təsdiqləyib.

Qurumun rəsmi saytının verdiyi xəbərə görə, cari mövsümün bərpasından sonra klubların oyun ərzində 5 oyunçu dəyişikliyindən istifadə etməsinə icazə verilib.

Komandalar oyunun sürətini azaltmamaq məqsədilə əvəzetməni 3 dəfəyə həyata keçirməlidirlər.

Qeyd edək ki, İtaliya A Seriyası 20-21 iyunda XXV turdan təxirə salınmış qarşılaşmalarla bərpa olunacaq.

20 iyun

20:30. "Torino" - "Parma"

22:45. "Verona" - "Kalyari"

21 iyun

20:30. "Atalanta" - "Sassuolo"

22:45. "İnter" - "Sampdoriya"

XXVII turun oyunları 22 - 24 iyunda keçiriləcək. Çempionata avqustun 2-də yekun vurulacaq.