Cümə axşamı 28.03.2024

Çempionlar Liqası tarixinin reytinqində 7 klubumuz var

Çempionlar Liqası tarixinin reytinqində 7 klubumuz var

Çempionlar Liqası (keçmiş Çempionlar Kuboku) tarixinin reytinq cədvəli açıqlanıb. 1955 - 2020-ci illəri əhatə edən siyahıya Azərbaycanın 7 klubu düşüb.

Yerli komandalardan ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam təmsilçisi təsnifat və qrup mərhələri daxil olmaqla 41 xal toplayıb və 84-cü pillədə qərarlaşıb.

Aktivində 15 xalı olan "Neftçi" 169-cu, hazırda fəaliyyət göstərməyən “Bakı” isə 269-c sıradadır.

Azərbaycanın bütün komandalarının reytinq sıralaması:

1) 84. "Qarabağ" - 41 xal

2) 169. "Neftçi" - 15 xal

3) 269. "Bakı" - 6 xal

4) 294. "Keşlə" (İnter) - 5 xal

5) 396. "Şəmkir" - 2 xal

6) 397. "Kəpəz" - 2 xal

7) 424. "Xəzər Lənkəran" - 1 xal