• Çərşənbə axşamı, 22 Sentyabr 2020
news-details
Xəbərlər

Azərbaycan futboluna itki üz verdi

Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və uzun illər Premyer Liqa oyunlarına AFFA nümayəndəsi kimi təyinat alan Şaiq Həmidov vəfat edib.

O, bu gün xərçəng xəstəliyindən dünyasını dəyişib. Həmidov 2013-cü ildə Milli Paralimpiya Komitəsinin 4-cü hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin vitse-prezidenti vəzifəsinə seçilib.

2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub.

Allah rəhmət eləsin!

Digər xəbərlər