Çərşənbə axşamı 16.04.2024

“Neftçi” - “Keşlə” matçının vaxtı dəyişdirildi

“Neftçi” - “Keşlə” matçının vaxtı dəyişdirildi

"Neftçi” Premyer Liqanın qarşıdakı 8 oyununun hazırlığını davam etdirir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu yaşayış yerini tərk etmək qadağasına görə istirahət etmək məcburiyyətində qalmış komandanın üzvləri bu gün axşam məşqinə çıxacaq.

Klubun saytının verdiyi xəbərə görə, "ağ-qaralar”ın hazırlıq çərçivəsində "Keşlə” ilə iyunun 9-u keçirəcəyi yoxlama matçı bir gün sonraya təxirə salınıb. Oyun iyunun 10-u saat 18:00-da "Türk Hava Yolları Futbol Mərkəzi”ndə təşkil ediləcək.