Cümə 29.03.2024

Azərbaycanda futzal liqalarıyla bağlı qərarlar qəbul olundu

Azərbaycanda futzal liqalarıyla bağlı qərarlar qəbul olundu

Azərbaycan Futzal Federasiyasının iclası keçirilib. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar mart ayında yarımçıq dayandırılan Yüksək, Birinci və İkinci liqalar, eləcə də Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb və qərarlar qəbul olunub.

Birinci və İkinci liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019/2020 mövsümü başa çatdırılsın.

Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “AjaxBaku” (Birinci Liqa) və NTD (İkinci Liqa) - qalib elan olunsun.

Yüksək Liqa ilə bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.