Çərşənbə axşamı 16.04.2024

İtaliya A Seriyasında pley-off sistemi tətbiq oluna bilər

İtaliya A Seriyasında pley-off sistemi tətbiq oluna bilər

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan İtaliya A Seriyasında reqlament dəyişikliyi ola bilər.

Bu barədə çempionatın rəsmi saytı məlumat yayıb. Yarışı davam etdirmək mümkün olmasa, çempionun pley-off sistemi ilə müəyyənləşdiriləcəyi bildirilib.

İtaliya A Seriyası iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.

Bu arada İtaliya futbolunda yay "transfer pəncərəsi" sentyabrın 1-də açılacaq. Mövsümlərarası transfer dönəmi oktyabrın 5-dək davam edəcək.

Daha əvvəl ölkədə yay transfer pəncərəsi iyulun 1-də açılıb 2 sentyabr tarixində bağlanırdı.

Turnir cədvəlinə 26 turdan 63 xal toplayan "Yuventus" başçılıq edir. 62 xalı olan "Latsio" 2-cidir. "İnter" isə 54 xalla 3-cü pillədə qərarlaşıb.