news-details
Xəbərlər

Almaniya Kubokunda ilk finalçı müəyyənləşdi

Almaniya kubokunda yarımfinal mərhələsinə start verilib. İlk oyun günündə bir qarşılaşma baş tutub.

“Saarbrüken” doğma meydanda “Bayer”lə qarşılaşıb. Rəqib qapısından 3 cavabsız top keçirən Leverkuzen təmsilçisi ilk finalçı olub. "Bayer" 11 il sonra Almaniya kubokunda həlledici matça vəsiqə qazanıb

Digər finalçının adına “Bayern Münhen” - “Ayntraxt” matçında aydınlıq gələcək.

Almaniya kuboku

Yarımfinal

9 iyun

"Saarbrüken" – "Bayer" - 0:3
Qollar: Diabi, 11. Alario, 19. Bellarabi, 58.

10 iyun

22:45. "Bayern Münhen" - "Ayntraxt"

Digər xəbərlər