news-details
Xəbərlər

"Neftçi" qalib gəldi, Sumqayıt və Zirədə heç-heçə

Azərbaycan Premyer Liqasında mövsümün qalan hissəsinə hazırlaşan komandalar yoxlama görüşlərində qüvvələrini sınayıblar. Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşmada "Zirə" və "Səbail" kollektivləri üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib - 2:2.

"Zirə" – "Səbail" - 2:2
Qollar: Ağabala Ramazanov, 15. Mfo Kqasvane, 69 – Maykl Essyen, 30. Turan Manafov, 49
Zirə İdman Kompleksinin meydançası.

"Sumqayıt" və "Qəbələ" komandaları "Kapital Bank Arena"da qarşılaşıblar. Bu matç da 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

"Sumqayıt" – "Qəbələ" - 2:2
Qollar: Elvin Cəfərquliyev, 8. Amil Yunanov. 73 – Roman Hüseynov, 42. Nikolas Raysel, 60-pen.
Sumqayıt şəhər stadionu.

"Bakcell Arena"da isə "Neftçi" "Keşlə" ilə münasibətlərə aydınlıq gətirib. Görüş "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi" – "Keşlə" - 3:1
Qollar: Emin Mahmudov, 10-pen; 12. Rəhman Hacıyev, 90+2 – Aleksandr Kristovao, 65.
8-ci km stadionu.

Digər xəbərlər