Cümə 29.03.2024

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Qurumun rəsmi saytının verdiyi xəbərə görə, Azərbaycan millisinin yeri dəyişməz qalıb. Hazırda baş məşqçisi olmayan yığma komandamız 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Koronavirus pandemiyasına görə beynəlxalq turnirlərin, yoldaşlıq görüşlərinin təxirə salınması ilə əlaqədar digər yığmaların mövqeyində də dəyişiklik olmayıb.

Reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) qərarlaşıb.