news-details
Xəbərlər

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olundu

"Böyük təəssüf hissi ilə bildiririk ki, COVİD-19 koronavirus pandemiyası səbəbindən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olunur".

Bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin yaydığı açıqlamada bildirilir:

"Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli "Formula 1" azarkeşlərinin, həmçinin "Formula 1" əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq".

BŞH onu da qeyd edib ki, bilet sahibləri biletlərin qaytarılması ilə bağlı ətraflı məlumatı bu keçiddən öyrənə bilərlər: https://bit.ly/3gIwDPg

Qeyd edək ki, bu gün Azərbaycan Qran-prisindən əlavə, Yaponiya və Sinqapurdakı yarışlar da ləğv olunub.

Digər xəbərlər