Şənbə 20.04.2024

Super Liqa bərpa olundu, "Fənərbağça" və "Trabzonspor" qələbə qazandı

Super Liqa bərpa olundu, "Fənərbağça" və "Trabzonspor" qələbə qazandı

Türkiyə Super Liqası 87 günlük fasilədən sonra bərpa olunub. İlk oyun günündə iki qarşılaşma keçirilib.

"Fənərbağça" İstanbulda "Kayserispor"u qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

"Trabzonspor" isə səfərdə "Göztepe"ni 3:1 hesabı ilə üstələyib.

Bu nəticədən sonra "Fənərbağça" 43 xalla 7-ci pillədə qalıb, "Kayserispor" isə 22 xalla 18-ci sıradadır. "Trabzonspor" 56 xalla 1-ci, "Göztepe" isə 37 xalla 8-cidir.

27-ci turun digər oyunları 13 - 15 iyunda olacaq.

Türkiyə Super Liqası

27-ci tur

12 iyun

"Fənərbağça" – "Kayserispor" - 2:1
Qollar: Muriqi, 86-pen. L.Qustavo, 88 – Mensah, 59.

"Göztəpə" – "Trabzonspor" - 1:3
Qollar: A.Öztürk, 57-pen – Nvakaeme, 16. Ekuban, 52-pen. B.Emir, 84 (avtoqol)