Şənbə 20.04.2024

Hacı Əliyev virtual yarışın finalında məğlub oldu

Hacı Əliyev virtual yarışın finalında məğlub oldu

Dünya Güləş Birliyinin (UWW) “Instagram” səhifəsində tanınmış 16 sərbəst güləşçi arasında virtual yarış keçirilib.

Onlayn turnirdə üçqat dünya və Avropa çempionu Hacı Əliyev italiyalı Frank Çamizo və ABŞ-dan olan Olimpiya və dünya çempionu Cordan Barrouza qalib gələrək finala yüksəlib.

Həlledici görüşdə onun rəqibi iranlı olimpiya çempionu Hasan Yazdani olub. Finalda 87 111 səs toplayan Yazdani qalib adını qazanıb. Hacı Əliyev isə 76 953 səs toplayıb.