Cümə 29.03.2024

İtaliya A Seriyasında yeni mövsümün başlayacağı tarix açıqlandı

İtaliya A Seriyasında yeni mövsümün başlayacağı tarix açıqlandı

İtaliya A Seriyasında 2020/2021 mövsümünün başlayacağı tarix bəlli olub.

"Sport Italia"nın verdiyi xəbərə görə, yeni mövsümün startı sentyabrın 12-nə təyin olunub. Qərar Liqa Şurası tərəfindən iyunun 15-də təsdiqlənəcək.

2019/2020 mövsümü iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.

Qeyd edək ki, turnir cədvəlinə 26 turdan sonra 63 xal toplayan "Yuventus" başçılıq edir. 62 xalı olan "Latsio" 2-cidir. "İnter" isə 54 xalla 3-cü pillədə qərarlaşıb.