• Çərşənbə axşamı, 24 Noyabr 2020
news-details
Xəbərlər

"Neftçi" Daboyla bağlı məlumat yaydı

"Neftçi” klubu rəsmi saytı vasitəsilə franslı legioneri Baqali Dabo haqda məlumat yayıb:

"Neftçi" PFK-nın rəhbərliyi futbolçu Baqali Dabonun davranışından xəbərdardır və onun qəbuledilməz davranışına görə müvafiq tədbirlər görəcək. Rəhbərlik futbolçunun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir. Hüquqi çərçivədə addımlar atılacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək".

Qeyd edək ki, Baqali Dabonun "Qarabağ" formasındakı görüntüsünü həyat yoldaşı “Instagram” hesabında paylaşıb.

Digər xəbərlər